BMT ABŞ-dan kömək istəyir- Qəzzaya humanitar yardımla bağlı

BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Sindi Makkeyn ABŞ-ı humanitar yardım maşınlarının Qəzzaya daxil ola biməsi üçün daha çox iş görməyə çağırıb.

Azpost.info xəbər verir ki, o, bu barədə “Bloomberg”ə müsahibəsində bildirib.

“ABŞ administrasiyasından xahişim var: bizə Qəzzaya daxil olmaq lazımdır, tez olsanız yaxşı olar. Yük maşınlarının anklav ərazisinə maneəsiz keçidi təmin olunmasa, humanitar yardımı çatdıra bilməyəcəyik”, – BMT rəsmisi deyib.

O, Yaxın Şərq regionu ölkələrinin Qəzza sakinlərinə yardım göstərmək üzrə hərəkətlərini yüksək qiymətləndirib. Eyni zamanda, proqram rəhbəri prosesin çox xaotik xarakter daşıdığını qeyd etdi.

Azpost.info

Əvvəlki məqalə

Prezident və birinci xanım “Qızlar gimnaziyası”nda həyata keçiriləcək işlərlə tanış olub

Sonrakı məqalə

Portuqaliyanın Baş naziri istefa verib