BMT baş katibi ərzaq böhranının həlli üçün ilkin şərti açıqlayıb

BMT baş katibi Antonio Quterreş Rusiya və Ukraynadan taxıl ixracının bərpasını qlobal ərzaq böhranının həlli üçün ilkin şərt adlandırıb.

Azpost.info xəbər verir ki, o, bu barədə İsveçin baş naziri Maqdalena Anderssonla danışıqlardan sonra bildirib. “Ukraynadan ərzaq məhsulları, Rusiyadan isə ərzaq və gübrə dünya bazarlarına qaytarılmadan bu böhranın effektiv həlli mümkün deyil”, – Quterreş deyib.

O qeyd edib ki, bu istiqamətdə dialoqun inkişaf etdirilməsi üçün səylərini davam etdirir.

Azpost.info

Əvvəlki məqalə

Tayland bütün turistlər üçün qapılarını açır –

Sonrakı məqalə

Sabirabadda 9-cu sinif şagirdi üçün edilən toyun qarşısı alınıb –