BMT-nin 50 ölkəsi Çinin uyğurlara qarşı repressiv siyasətini pislədi - BƏYANAT

Çinin uyğurlara qarşı repressiv siyasəti BMT-də 50 ölkə tərəfindən pislənib.

Azpost.info xəbər verir ki, bu barədə “Deutsche Welle” məlumat yayıb.

50 ölkə bəyanat imzalayıb və BMT-ni Çinin uyğurlara qarşı insan haqları sahəsində yol verdiyi pozuntulara dərhal diqqət yetirməyə çağırıb.

“Biz Çin Xalq Respublikasında insan haqlarının vəziyyətindən, xüsusən də Sincanda uyğurların və əsasən müsəlman olan digər azlıqların insan hüquqlarının davamlı şəkildə pozulmasından ciddi narahatıq”, – BMT Baş Assambleyasının İnsan Haqları Komitəsinin bəyanatında deyilir.

ABŞ, Böyük Britaniya, Yaponiya, Almaniya, İsrail, Türkiyə, Qvatemala və Somali də daxil olmaqla 50 dövlət Çini BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının hesabatının tövsiyələrini tam şəkildə yerinə yetirməyə və əsassı həbs edilənləri azad etməyə çağırıb.

Qeyd edək ki, Sincanda 10 milyondan çox türk əsilli uyğur müsəlmanı yaşayır. BMT-nin məlumatına görə, 2017-ci ilin sonundan bu etnik qrupun nümayəndələri hakimiyyət tərəfindən zorla dövlət düşərgələrində saxlanılır və işləməyə məcbur edilir. Bəzi məlumatlara görə, orada yaşayan müsəlmanların övladlarına ənənəvi adları ilə çağırılmaları qadağan edilir. Bəzi hallarda isə onlar donuz əti yeməyə və spirtli içki qəbul etməyə məcbur edilirlər.

Azpost.info

Əvvəlki məqalə

KTMT Kollektiv Təhlükəsizlik Şurası İrəvanda toplaşacaq

Sonrakı məqalə

Mədəniyyət Nazirliyinin protokol şöbəsinin rəisi də saxlanılıb