BMT Təhlükəsizlik Şurası Zəngəzur sərhədindəki döyüşləri müzakirə edib –Rusiyalı nümayəndə qapalı iclasdan danışdı

BMT Təhlükəsizlik Şurasının iclasında hamı Azərbaycan və Ermənistan arasında atəşin kəsilməsinə və vəziyyətin siyasi-diplomatik vasitələrlə həllinə tərəfdar olduqlarını bildirdilər. 

Azpost.info bildirir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya sərhəddəki toqquşmalarla bağlı BMT-nin TŞ keçirilən iclası barədə jurnalistlərə məlumat verərkən deyib.

Rusiyalı diplomat qeyd edib ki, məsləhətləşmələr qapalı rejimdə aparılıb. “Hazırda press-elementlər müzakirə olunur, zalda onları işləyəib hazırlayacaq ekspertlər qalıb”.

Nebenzyanın sözlərinə görə, Moskva bu press-elementlərin sırasında hökmən Rusiya-Azərbaycan və Ermənistan prezidentlərinin imzaladığı Üçtərəfli Bəyanatlara istinadın olmasına israr edir.

“Biz Rusiyanın sülh əldə olunması üçün apardığı səylərindən danışıdıq. Həmkarlar bizə buna görə təşəkkür etdilər”.

Xatırladaq ki, Fransa Ermənistanın çağırışı ilə sərhəd böhranın müzakirəsi üçün BMT TŞ-nın iclasının çağırılması üçün müraciət edib.

 

Əvvəlki məqalə

Şeyxülislam Qazaxıstanda görüşlər keçirib –

Sonrakı məqalə

Çoxlu yaralıların və onlara qan lazım olması ilə bağlı məlumatlar əsassızdır –