Bodrumda 35 milyon dollara hotel alan azərbaycanlı kimdir?

Azərbaycanlı iş adamı Bodrumda 35 milyon dollara hotel alıb. 

Azpost.info bildirir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.

Bodrumdakı beşulduzlu “Thour Hotel”i alan azərbaycanlı iş adamının adı açıqlanmır.  Hotelin bundan əvvəlki sahibi iordaniyalı mənşəli türk vətəndaşı Abdulla Heyekan olub. Halk Bank-a 32 milyon kredit borcuna görə, 3 il əvvəl hotelə həbs qoyulduğu bildirlir.

Bu borca görə hotel müsadiə edilib və hərraca çıxarılıb.

Amma Hotelin rəhbərliyi borca görə müsadirə xəbərini təkzib ediblər. Onlar deyiblər ki, azərbaycanlı biznesmen obyektə yaxşı qiymət- 35 milyon dollar təklif edib. Bundan sonra hotelin sahibi Abdulla Heyken sövdələşməyə razı olub və alqı-satqı müqaviləsini imzalayıb.

Hotelin oktyabrın 31-nə qədər Abdullanın idarə edcəyi razılaşdırılıb.

Azpost.info

Əvvəlki məqalə

“Bizə təcili Laçını tərk etmək əmri verilib” –

Sonrakı məqalə

Soçidə Ərdoğanla Putinin görüşü başlayıb