Borca görə axtarışda olan 108 nəfər saxlanılıb –DİN

Dekabrın 11 -də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 23 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

DİN-in mətbuat xidmətindən  verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 129, o cümlədən borclu şəxs qismində axtarışda olan 108 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 33 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

Əvvəlki məqalə

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini yad ediblər

Sonrakı məqalə

Azərbaycan Yazıçılar Birliyində “Söz” jurnalının 30 illiyi qeyd olunub