Borca görə axtarışda olan 167 nəfər saxlanılıb

Dekabrın 26-da ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 202, o cümlədən borclu şəxs qismində axtarışda olan 167 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

Əvvəlki məqalə

İmişlidə 10 yaşlı uşaq kanala düşüb, axtarış aparılır

Sonrakı məqalə

Kolumbiyada Şakiraya heykəl qoyuldu –