“Borjomi” şirkətdəki payını Gürcüstan hökumətinə bağışlayır

Borjomi” mineral suyunun istehsalçısı “IDS Borjomi International” şirkəti “Alfa Group”a məxsus səhmlərini pulsuz olaraq Gürcüstan hökumətinə verməyə hazırdır.

Azpost.info xəbər verir ki, bu barədə Gürcüstanın “Birinci kanal”ı şirkətə istinadən məlumat yayıb.

“Bu addım Gürcüstan hökumətinə beynəlxalq şirkətin idarə edilməsində iştirak etməyə imkan verəcək”, – məlumatda deyilir. “IDS Borjomi International” hesab edir ki, bu addım həm də Gürcüstan hökumətinə zavodlarda iş yerlərini xilas etmək imkanı yaradacaq.

Qeyd edək ki, “Borjomi”nin səhmlərinin 60 faizi Rusiyanın “Alfa Group” şirkətinə məxsusdur. “Alfa Group”un qurucuları olan rusiyalı iş adamları Mixail Fridman, Pyotr Aven və German Xan isə Britaniya və Avropa İttifaqının sanksiyalarına məruz qalıblar. Sanksiyalara görə müəssisə aprelin 29-dan istehsal prosesini dayandırmağa məcbur olub.

Azpost.info

Əvvəlki məqalə

Dolların sabaha olan rəsmi məzənnəsi

Sonrakı məqalə

“Dindən siyasi məqsədlər üçün istifadə halları ilə rastlaşırıq” –