“Britaniya Ukraynanı sonacan dəstəkləyəcək” - Sunak yeni hərbi yardım paketini açıqladı (VİDEO)

İlk səfərini Ukraynaya edən Britaniya Baş naziri Rişi Sunak Kiyevə hava hücumundan müdafiəni gücləndirməkdə kömək edəcəyini bildirib.

Azpost.info xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.

Sunak Ukraynanın mülki əhalisini və milli infrastrukturunu qorumaq üçün yeni hava hücumundan müdafiə paketini təsdiqləyib. 50 milyon funt sterlinqlik yardım paketinə 120 xüsusi zenit silahı, həmçinin PUA-lar əleyhinə texnologiya daxildir.

Britaniya azadlıq uğrunda mübarizə aparmağın nə demək olduğunu bilir. Biz sona qədər sizinləyik”, – Sunak Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdə bildirib.

Baş nazir ölkəsinin və müttəfiqlərinin Ukraynanı dəstəkləməyə davam edəcəyi ilə qürur duyduğunu bildirib.

Öz növbəsində Zelenski deyib ki, münaqişənin ilk günlərindən Böyük Britaniya və Ukrayna güclü müttəfiqlər olublar.

Azpost.info

Əvvəlki məqalə

Rusiyada qazpaylayıcı stansiyada partlayış və güclü yanğın baş verib

Sonrakı məqalə

“Baydenlə görüşüm strateji və konstruktiv xarakter daşıyırdı”