“Büdcə gəlirlərinin artan hissəsinin qeyri-neft sektoru və əlavə gəlirlər hesabına təmin edilməsi yenilikdir”.
Bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında komitə sədri Tahir Mirkişili deyib.
Komitə sədri bildirib ki, bu gün müzakirə edilən məsələlər proqnozdur: “Bunun yerinə yetirilməsi üçün görüləcək işlər çox mühüm rol oynayır. Dövlətin bu sahədə tədbirləri hədəflidir. İqtisadiyyatın real sektoru bu hədəfləri qəbul etməkdə maraqlıdır. Məhz bu təcrübənin inkişaf etdirilməsi 2021-ci ildə yenidən iqtisadiyyatda artıma qayıtmaqda mühüm rol oynayacaq. Azərbaycanda iqtisadi sektorda baş verənlər, vaxtında göstərilən iqtisadi dəstək iqtisadi sektorun növbəti ildə daha tez bərpa olunmasına şərait yaradacaq”.