1 fevraldan etibarən köhnəlmiş əməliyyat sistemlərini dəstəkləyən Android və iPhone qurğularının sahibləri Facebook-a məxsus proqram əlavəsini istifadə etmək imkanından məhrum olacaq. WhatsApp bildirir ki, bu addım istehlakçıların təhlükəsizliyini təmin etmək üçün atılır. "Öz xidmətinin təhlükəsizlik qalmasını təmin etmək üçün WhatsApp-ın başqa yolu yox idi. Lakin tətbiqin köhnə smartfonlara uyğun olmadığı çətin yan fəsadlara səbəb olub", - Mobil texnologiyaların təhlili üzrə CCS Insight şirkətinin analitiki Ben Vud deyib. Mesajlaşma proqramı Androidin 2.3.7 və daha əvvəlki versiyaları ilə uzlaşmayacaq. iPhone qurğularında isə, WhatsApp-ın işləməsi üçün əməliyyat sistemi iOS 8-dən yuxarı olmalıdır. WhatsApp qarşıdan gələn yenilik barədə ilk dəfə 2017-ci ildə bildirib. Ötən ilin 31 dekabrında WhatsApp Windows Phone smartfonlarına da dəstəyini dayandırıb.