Bu gündən Azərbaycanda 7 günlük tətil başlayır.
Nazirlər Kabineti iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında qərar verib.
Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib.
Beləliklə, 26, 27, 28, 29 və 30 iyun tarixləri qeyri-iş günləri hesab edilir. Eyni zamanda, 1 və 2 iyul tarixləri şənbə-bazara təsadüf edir.
Tətildən sonra ilk iş günü isə iyulun 3-dür.
Qeyd edək ki, 26 iyun – Silahlı Qüvvələri Günü, iyunun 28, 29-u isə Qurban bayramıdır.