Bu il Azərbaycanda 29 min cütlük nikaha daxil olub

Yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 28 min 785 nikaha daxilolma və 7 min 531 boşanma halı qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 4.7-dən 5.8-ə qədər artıb, boşanmaların sayı isə 1.6-dan 1.5-ə enib.

Cari ilin birinci yarısında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1215 nəfər gələn, ölkədən isə 442 nəfər gedən qeydə alınıb. Miqrasiya saldosu ölkə üzrə müsbət 773 nəfər təşkil edib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.