“Bu, regionda heç də bütün ölkələri sevindirmir” –Prezident İsrail və Fələstində səfirlik açılmasından danışdı

“İsraildə səfirlik, eləcə də Fələstində təmsilçilik ofisi açmaq qərarı bizim milli maraqlarımıza əsasən verilmiş bir qərardır, İsrail və Fələstinlə uzunmüddətli əməkdaşlığı əks etdirir”.

Bu fikirləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışında ekpertlərin suallarını cavablandırarkən bildirib.

“Əminəm ki, həmin qərar sülh işinə xidmət edəcək və bu, faktiki olaraq uzunmüddətli, mehriban əməkdaşlığın rəsmiləşdirilməsidir. Bu qərara dəstəyinizə görə təşəkkür edirəm, çünki, aydın başa düşdüyümüz kimi, bu, regionda heç də bütün ölkələri sevindirmir. Amma bizim məqsədimiz müəyyən stereotipləri olanları xoşbəxt etmək deyil. Məqsədimiz xalqımızı xoşbəxt etmək, Azərbaycan üçün doğru olanı etməkdir və biz bunu edirik”, – dövlət başçısı vurğulayıb.

Əvvəlki məqalə

“Türkiyə ilə azad ticarət haqqında saziş üzərində işləyirik” –

Sonrakı məqalə

Neftçalaya yeni magistral su kəməri çəkilir –