Büdcədən hər ay nə qədər pul xərclənib? –Məmurlar pulu vahid xəzinəyə qaytarmamaq üçün silirlər?

London İqtisadiyyat Məktəbinin professoru, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu 2021-ci ilin dövlət büdcəsinin necə icra olunmasına nəzər salıb.

O, Meta-da yazır ki, yanvarda büdcədən

1 milyard 231,9 milyon,

fevralda 2 milyard 237,9 milyon,

martda 2 milyard 53,9 milyon,

apreldə 2 milyard 4,3 milyon,

mayda 1 milyard 838,2 milyon,

iyunda 2 milyard 224,3 milyon,

iyulda 2 milyard 91,1 milyon,

avqustda 1 milyard 945,2 milyon,

sentyabrda 2 milyard 85,3 milyon,

oktyabrda 2 milyard 472,6 milyon,

noyabrda 2 milyard 124,8 milyon,

dekabrda 5 milyard 112,9 milyon manat xərclənib:

“Xərclərin 35,4 faizi ilin son rübündə icra edilib. Həmin məbləğin 52,7 faizi dekabr ayının payına düşüb. 11 ayda orta aylıq büdcə xərcləri 2 milyard 28,1 milyon manat təşkil edib, dekabr ayında xərclər həmin göstəricini 2,5 dəfə üstələyib. Dekabr ayında xərc edilən vəsait ümumi büdcə xərclərinin 18,6 faizinə bərabər olub. Ay üçün proqnoz göstəricisi 3 milyard 145,4 milyon manat olduğu halda proqnozdan 1,62 dəfə çox, 5 milyard 112,9 milyon manat xərclənib.

Məhz dekabr ayında dövlət orqanları və şirkətləri büdcə vəsaitlərini vahid xəzinə hesabına geri qaytarmamaq üçün silir və mənimsəyir, ona görə də ötən ilin dekabr ayında aylıq icra səviyyəsi orta aylıq göstəricidən 2,5 dəfə yüksək olub.

Bu istiqamətdə təhlillərin nəticələrini hər il paylaşıb həyəcan təbili çalsam da, Maliyyə Nazirliyi nəzərə almır, əksinə, ötən ilin dekabr ayında xərcləmələrin məbləği əvvəlki illərlə müqayisədə daha da artıb”.

Əvvəlki məqalə

Abramoviç sanksiyaların ləğvi üçün Avropa İttifaqını məhkəməyə verib

Sonrakı məqalə

“Repetitor kursları orta məktəblərin sayından çoxdur” –