- Üst geyimi, palto və ya plaş, portpleddə kostyum (yalnız təyinatı üzrə istifadə edilməlidir);
- Gül dəstəsi (əl yükünün icazə verilən ölçülərindən artıq olmamalıdır);
- Uşaqla səyahət zamanı lazım ola biləcək uşaq qidası, yol beşiyi, yüngül, qatlanan uşaq arabası (hava gəmisinin baqaj bölməsində daşınır).
- Fiziki imkanları məhdud olan Sərnişinlər üçün qatlanan kreslo-araba (hava gəmisinin baqaj bölməsində daşınır) və qoltuqağacları və ya əsa.
- Çətir, və həmçinin uçuşda oxumaq üçün müəyyən miqdarda materiallar.
- Qeydiyyat masasında 25 avro ödəməklə ölçüləri 110 santimetrə (55x35x20 sm) qədər olan əl yükünün hava gəmisinin salonuna götürülməsinə icazə verilir.
“Buta Airways” əl yükünün daşınması qaydalarını dəyişdi - DETALLAR
"Azərbaycan Hava Yolları" QSC-nin aşağı büdcəli törəməsi "Buta Airways" şirkəti bu gündən əl yükünün daşınması qaydalarına dəyişiklik edib.
"Report" bu barədə aviaşirkətə istinadən xəbər verir.
Yeni qaydalara əsasən hər sərnişin hava gəmisinin göyərtəsinə əlavə ödənişsiz əşya qismində üç ölçünün cəmi üzrə ölçüləri 75 santimetrdən (30x35x10sm) artıq olmamaq şərtilə, istənilən tipdə (idman çantası, bel çantası və s.) əl yükü götürə bilər. Əl yükünün çəkisi ilə bağlı məhdudiyyətlər nəzərdə tutulmayıb.
Əl yükünün yeni qaydalara uyğunluğunu yoxlamaq üçün bütün uçuş hava limanlarında “Buta Airways”in qeydiyyat masalarının yanında xüsusi “trafaret” – baqajın ölçülərini yoxlamaq üçün metal konstruksiya quraşdırılıb.
Xatırladaq ki, əvvəllər əlavə ödənişsiz əl yükü kimi yalnız qadın əl çantası və ya kişi portfeli qəbul olunurdu.
Aviaşirkətin qaydalarına əsasən, əlavə olaraq hava gəmisinin salonunda aşağıdakı əşyaların daşınmasına icazə verilir:
Növbəti xəbər yüklənir...