Avropa ölkələri arasında mənzil sahibi olmaq və kirayədə yaşamaq göstəricilərinə görə Almaniya fərqli mənzərə ilə seçilir. Ötən ilin nəticələrinə görə, Almaniyada əhalinin yarıdan çoxu öz evində deyil, kirayə mənzildə yaşayır. Bu, Avropa İttifaqında kirayəçilərin payının ən yüksək olduğu ölkədir.

Azpost.info xəbər verir ki, bu barədə “Eurostat” məlumat yayıb.

Statistikaya görə, Almaniyada əhalinin 53%-i kirayə mənzildə yaşayır. Avropa İttifaqı üzrə isə bu göstərici 32% təşkil edir. “2025-ci ildə Avropa İttifaqı əhalisinin 68%-i öz evində yaşayıb, qalan 32%-i isə mənzil kirayələyib”, – məlumatda bildirilir.

Mənzil sahibi olanların payına görə Slovakiya Avropada ilk sırada yer alıb. Bu ölkədə əhalinin 94%-i öz evində yaşayır. İlk üçlükdə həmçinin Rumıniya (93%) və Xorvatiya (91%) qərarlaşıb. Qeyd edək ki, oktyabrın sonunda Almaniyanın dövlət borcunun 2,8 trilyon avronu keçdiyi və bunun tarixi maksimum olduğu açıqlanmışdı.

Ötən çərşənbə günü isə Almaniya hökumətinin rəhbəri Fridrix Merts ölkə büdcəsində bütün ənənəvi xərcləri qarşılamaq üçün vəsait çatışmazlığı olduğunu bildirib.

Nadir