Cəlilabadda su bəndində boğulan iki nəfərin meyiti tapılıb.
Meyitlər bənddən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hazırda onların kimliyi dəqiqləşdirilir. (APA)
Qeyd edək ki, hadisə bu gün günorta saatlarında Cəlilabad rayonunun Hamarqışlaq kəndi ərazisində qeydə alınıb. Kənddə yerləşən su bəndində iki nəfərin çimərkən boğulduğu bildirilir. H