Cəlilabadda yol qəzasında 3 nəfər ölüb –4 nəfər xəsarət alıb

Cəlilabadda 2 avtomobil toqquşub, ölən və yaralananlar var.

Toqquşma zamanı ölən və yaralananların adları məlum olub.

“BMW” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər – Cəlilabad rayonunun Maşlıq kənd sakinləri olan Tural İntiqam oğlu Adıgözəlov, Mürsəl Alim oğlu Quliyev və Qorxmaz Rahim oğlu İsmayılzadə hadisə yerində dünyasını dəyişib.

Avtomobillərdə olan Kamran İbadulla oğlu Vəlizadə, Hacıbala Balabəy oğlu Şahbazov, Cahid Təbiət oğlu Eyvazov və Balasər Həsən oğlu İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Deputat:

Sonrakı məqalə

Ötən ay Naxçıvanda qanunsuz yaşayan 23 əcnəbi aşkar edilib