Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarına Bartindəki partlayışla bağlı verdiyi başsağlığına görə təşəkkür edib.
Bu barədə türkiyəli nazir “Tviter” hesabında paylaşım edib.
“Ceyhun qardaşım, başsağlığına görə təşəkkür edirəm. Can Azərbaycanın bu çətin günlərdə dəstəyi çox qiymətlidir”, – Çavuşoğlu qeyd edib.