Ceyhun Bayramov ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb

Xarici İşlər naziri Ceyhun Bayramov fevralın 15-də ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer ilə görüşüb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Tərəflər ikitərəfli əməkdaşlıq gündəliyi üzrə ətraflı fikir mübadiləsi apararaq, Azərbaycan-ABŞ münasibətlərinin daha da irəlilədilməsi məsələsini müzakirə ediblər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hüquq müdafiəçiləri bir sıra məhbusları əfv etmək xahişi ilə prezidentə müraciət edib

Sonrakı məqalə

Dövlət Nəfəs alətləri orkestrinin bədii rəhbəri məhkəmə qarşısında –