Ceyhun Bayramov Belarus Baş nazirinin müavini ilə görüşüb

Martın 3-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olan Belarus Respublikasının Baş nazirinin müavini İqor Petrişenko ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüş zamanı iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluğu ifadə edilib. Bu il Azərbaycan və Belarus arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin tamam olduğu, bununla bağlı il ərzində hər iki ölkədə bu əlamətdar tarixə həsr olunmuş tədbirlərin keçirilməsinin nəzərdə tutulduğu bildirilib.

Tərəflər iki ölkə arasında təhsil, elm, mədəniyyət, idman və gənclərlə iş sahəsində əməkdaşlığın dərinləşməsinin önəmini vurğulayıb. Tərəflər iki ölkə XİN-ləri arasında əməkdaşlığın inkişafının zəruriliyini diqqətə çatdırıblar.

Belarus Respublikasının Baş nazirinin müavini İqor Petrişenko Azərbaycanın Belarus Respublikasına beynəlxalq təşkilatlar çərçivəsində dəstəyini məmnunluqla vurğulayıb. İ.Petrişenko, həmçinin ölkələrimiz arasında iqtisadiyyat və kənd təsərrüfatı sahəsində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini qeyd edib.

Görüşdə tərəflər ölkələrimiz arasında yüksək səviyyədə parlamentlərarası əlaqələrin mövcudluğunu qeyd ediblər. Eyni zamanda, digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Əvvəlki məqalə

“Kür çayı quruyur, suvarma sistemlərinə diqqət edilməlidir”

Sonrakı məqalə

Hacı Şahinin qardaşı göz yaşlarını saxlaya bilmədi –