ABŞ Dövlət katibi Entoni Blinken, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan yaxın günlərdə görüşəcək.
“Sputnik Armenia”-nın məlumatına görə, bu barədə Ermənistan XİN başçısı Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib. O görüşün keçiriləcəyi dəqiq tarixi açıqlamayıb.