Ceyhun Bayramov İraqın xarici işlər naziri ilə görüşüb

19 İyun 2021 - 08:31

18 iyun 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində İraq Respublikasının xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb.

XİN-in Mətuat Xidməti idarəsindən  verilən məlumata görə, nazir Ceyhun Bayramov İraqlı həmkarına Ermənistanın onilliklər ərzində həyata keçirdiyi təcavüzkar siyasəti və onun fəsadları, həmçinin Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycanın cavab əməliyyatı, ərazilərin işğaldan azad edilməsi barədə məlumat verdi. Nazir, azad edilmiş ərazilərdəki vəziyyət, burada həyata keçirilən yenidən qurma işlərindən danışıb.