Ceyhun Bayramov Moskvada Lavrovla görüşəcək

Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Azərbaycan XİN başçısı Ceyhun Bayramov dekabrın 5-də Moskvaya səfər edəcək.

Səfər çərçivəsində C. Bayramov Rusiya XİN başçısı Sergey Lavrovla görüşəcək.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.