Ceyranbatan su kanalına düşən 13 yaşlı uşağın cəsədi tapılıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” deyilən ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

2011-ci il təvəllüdlü İbrahim Samir oğlu Əliyev ehtiyatsızlıqdan kanala yıxılıb.

Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” deyilən ərazisindən keçən hissəsində batan 13 yaşlı uşağın meyiti aşkarlanıb.

Uşağın cəsədi ekspertizaya göndərilib.

Əvvəlki məqalə

ABŞ Nümayəndələr Palatası Ukraynaya 61 mlrd. dollarlıq yardım qanunu qəbul edib

Sonrakı məqalə

Zaqatalada 76 yaşlı qadın intihar edib