“Çin Britaniyanın iqtisadi təhlükəsizliyi üçün ən böyük təhdiddir”– Baş nazir Sunak

Britaniyanın Baş naziri Rişi Sunak Çini “krallığın iqtisadi təhlükəsizliyi üçün ən böyük təhdid” adlandırıb.

Azpost.info xəbər verir ki, bu barədə “Times” qəzeti yazıb.

“Mən Çinlə bağlı fikrimi səmimi deyirəm. Çin bizim dəyərlərimizə, maraqlarımıza sistemli çağırışdır. Şübhəsiz ki, Çin bizim iqtisadi təhlükəsizliyimiz üçün ən böyük milli təhlükə yaradır”, – Baş nazir deyib.

Bundan başqa, Sunak Tayvanı Çin təcavüzünə qarşı dəstəkləməyə söz verib. Baş nazirin sözlərinə görə, Qərb ölkələri Britaniyanın Çinin Qərbin dəyər və maraqlarına sistemli şəkildə meydan oxuması ilə bağlı fikirləri ilə razılaşırlar.

Bununla belə, Sunak hesab edir ki, Pekinlə dialoq lazımdır, əks halda iqlim dəyişikliyi və Ukrayna münaqişəsi kimi qlobal problemlərin həlli mümkün deyil.

Azpost.info

Əvvəlki məqalə

““Taxıl sazişi” müddətsiz uzadıla bilər”

Sonrakı məqalə

Ərdoğan Balidə Makronla görüşüb