Rusiyanın Çinlə aviasiya sənayesində əməkdaşlığa dair danışıqlar aparmaq və SSRİ-dən sonra ilk genişgövdəli təyyarəsini birgə yaratmaq cəhdi uğursuzluqla başa çatıb.
Azpost.info xəbər verir ki, Çin “Boeing” və “Airbus”a rəqib yaratmağı planlaşdıran 2017-ci ildən bəri hazırlanmış CR929 təyyarəsi layihəsindən rus tərəfdaşlarını kənarlaşdırıb.
“South China Morning Post”un məlumatına görə, təyyarənin çinli tərtibatçısı layihədə iştirak edən ölkə kimi adını çəkməyi dayandırıb və indi 280 sərnişin daşıyan təyyarəni yalnız Çin istehsalı kimi təqdim edir.
Azpost.info