“Çin və Hindistan ehtimal etdiyimizdən çox Rusiya nefti alır” –Baydenin müşaviri

“Çin və Hindistan ABŞ-ın ehtimal etdiyindən daha çox Rusiya nefti alır”.

Azpost.info xəbər verir ki, bunu “Bloomberg”ə ABŞ prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Sesiliya Rouz bildirib.

Onun fikrincə, son vaxtlar xammal qiymətlərinin aşağı düşməsinin səbəbi bu ola bilər. Belə ki, iyun ayında WTI markalı neftin qiyməti 122 dollardan 105 dollara düşüb. “İndi neft bazarları kifayət qədər qeyri-sabitdir. Eşitmişəm ki, bunun bir səbəbi Çin və Hindistanın əslində düşündüyümüzdən daha çox Rusiya nefti almasıdır. Buna görə də bazarda daha çox təklif var”, – Rouz deyib.

“Reuters”in məlumatına görə, Rusiyadan Çinə neft tədarükləri iyun ayında tarixi maksimuma çatıb. May ayında idxal illik 55 faiz artıb. Nəticədə Çinə xammal tədarükündə Rusiya Səudiyyə Ərəbistanını keçərək birinci yerə çıxıb. Hindistanda isə təkcə 15 iyundan əvvəlki 20 gün ərzində Rusiya neftinin alışı 31 dəfədən çox artaraq 2,22 milyard dollara çatıb.

Azpost.info

Əvvəlki məqalə

“Ukrayna Avropa İttifaqı üçün xəzinədir” –

Sonrakı məqalə

“İsveç və Finlandiya ilə bağlı zəmanət verə bilmirəm” –