Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb

İyulun 3-də ölkə ərazisində qeydə alınan 29, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 41, o cümlədən borclu şəxs qismində axtarılan 35 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmin gün narkotiklərlə əlaqədar 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.

Əvvəlki məqalə

Sürət qatarı ilə Ankaradan İstanbula 80 dəqiqəyə çatmaq mümkün olacaq

Sonrakı məqalə

Azərbaycan vətəndaşı ilə nikahda yaşamaq icazəsi alan əcnəbilərin sayı açıqlanıb