Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb

Mayın 1-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in mətbuat xidmətindən  verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 81, o cümlədən borclu şəxs qismində axtarışda olan 65 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 37, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.

Əvvəlki məqalə

Bakıda Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günü

Sonrakı məqalə

Rusiyanın beş regionuna PUA hucumu olub