İyunun 29-da və 30-da ölkə ərazisində qeydə alınan 74, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Azpost.info bildirir ki, bu barədə DİN mətbuat xidməti məlumat verib.
Axtarışda olduğuna görə ümumilikdə 85, o cümlədən borclu şəxs qismində axtarışda olan 31 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 45, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 29 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb.