“Coca-Cola” şirkəti Rusiyanı tərk etdiyini bəyan edib.
Azpost.info bildirir ki, bu barədə “Coca-Cola”nın Rusiyadakı distribütoru olan “Coca-Cola HBC” şirkəti açıqlama yayıb. Məlumatda deyilir ki, bundan sonra Rusiyada “Coca-Cola” və digər brend içkilər istehsal edib satmayacaqlar.
Bəyanatda deyilir ki, distribyutorun Rusiyadakı bütün müştəriləri hazırda içki ehtiyatlarını boşaltmaq prosesindədir.
“Şirkətin məhsulları bitdikdən sonra, “Coca-Cola HBC “artıq Rusiyada Coca-Cola və ya digər Coca-Cola Company markalarını istehsal etməyəcək və ya satmayacaq”, – şirkətin açıqlamasında deyilir.