İqlim Dəyişikliyi üzrə BMT konfransı – COP29 gələn il Azərbaycanda keçiriləcək.
APA BƏƏ-yə ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə qərar Dubayda keçirilən COP28 çərçivəsində baş tutan plenar sessiyada elan olunub.
Hazırda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycan Hökuməti adından çıxış edir.