COP29-un həqiqətən vacib və dialoqu asanlaşdıra biləcək şəkildə təşkil edildiyini gördük- Baydenin köməkçisi

“Çox qısa müddət ərzində biz COP29-un həqiqətən vacib və dialoqu asanlaşdıra biləcək şəkildə təşkil edildiyini gördük”.

Bu sözləri Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edən ABŞ Prezidentinin köməkçisi və Ağ Evin milli iqlim müşaviri Ali Zaidi deyib.

O ümid etdiyini bildirib ki, COP29 artıq qazıntı yanacaqlarından uzaqlamağa başlamağımızı açıq şəkildə ifadə edən Dubay konsensusunda formalaşmış inamın daha da gücləndiriləcəyi bir platformaya çevriləcək: “Ümid edirəm ki, bu, Dubayda qarşıya qoyulan bərpa olunan enerji mənbələrini 3 dəfə artırmaq hədəflərində irəliləyişin olacağı COP tədbiri olacaq. Əminəm ki, dünya vacib ambisiyalar ətrafında birləşərək irəli addımlaya biləcək”.

Əvvəlki məqalə

Prezident İlham Əliyev FIFA prezidenti ilə görüşüb

Sonrakı məqalə

XİN Konstitusiya Günü münasibətilə paylaşım edib