Çoxlu yaralıların və onlara qan lazım olması ilə bağlı məlumatlar əsassızdır –MÜDAFİƏ NAZİRLİYİ

Bəzi sosial şəbəkə hesablarında guya xeyli sayda yaralılarımızın mövcudluğu və onlara qan lazım olması ilə bağlı əsassız məlumatlar paylaşılır.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

“Bildiririk ki, Azərbaycan Ordusunda qan komponentləri ehtiyatları ilə bağlı heç bir problem yoxdur.

Ehtiyac olarsa Ordumuzun qan və qan komponentlərinə olan tələbatı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Qan Bankı bölməsi tərəfindən tam təmin ediləcəkdir.

Vətəndaşlarımızı bu cür yalan məlumatlara aldanmamağa və rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq”, – deyə nazirlikdən verilən açıqlamada bildirilib.

Əvvəlki məqalə

BMT Təhlükəsizlik Şurası Zəngəzur sərhədindəki döyüşləri müzakirə edib –

Sonrakı məqalə

Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olub