Cəlilabadda iki azyaşlı bacı kanalda boğulub

Cəlilabadda kanalda boğulanlar azyaşlı bacılardır.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, kanalda boğulanların 4 yaşlı Abdullayeva Nərmin Vüsal qızı və onun bacısı 7 yaşlı, birinci sinif şagirdi Leyla olduğu bildirilir.

İlkin məlumata görə, 4 yaşlı Nərmin kanala düşüb, bacısı ona kömək etmək istəyən zaman suya yıxılıb.

Azyaşlılardan birinin meyiti sudan çıxarılıb, digərinin axtarışları davam edir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.