Dağıstanda daxili işlər nazirinin müavini saxlanılıb- Evində axtarış aparılır

Dağıstan daxili işlər nazirinin müavini Rüfət İsmayılov saxlanılıb.

Azpost.info xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarındakı mənbələrdən bildiriblər.

İlkin məlumata görə, o, rüşvət almaqda şübhəli bilinir. Hazırda nazir müavininin yaşadığı və işlədiyi yerdə axtarış aparılır.

Nazir müavini ilə yanaşı, Daxili İşlər Nazirliyinin Dağıstan üzrə istintaq idarəsinin rəis müavini Dalqat Əbdülqapurovun da evində axtarışlar aparılır.

R.İsmayılov həbs olunmazdan əvvəl Mahaçqala hava limanında iğtişaşlar baş verib. Oktyabrın 29-da sosial şəbəkələrdə Təl-Əvivdən təyyarə ilə gələn “İsrail qaçqınları” ilə bağlı mesajların yayılmasından sonra yüzdən çox yerli sakin antisemit iğtişaşlar törədib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.