Dağıstanda silahlı hücumda iştirak etmiş şəxslərə terror maddəsi ilə cinayət işi açılıb

Mahaçqala və Dərbənddə törədilən hücumların iştirakçıları terrorda ittiham ediliblər.

Bu barədə Rusiyanın İstintaq Komitəsi məlumat yayıb.

“Rusiya İstintaq Komitəsi iyunun 23-də Mahaçqala və Dərbənddə baş vermiş silahlı basqın faktları ilə bağlı başlanmış cinayət işinin istintaqını davam etdirir. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci (terror aktı) maddəsi ilə cinayət işi açılıb və hadisəni törətməkdə şübhəli bilinənlər məhkəmə tərəfindən həbs ediliblər. Digər şəxslərin, o cümlədən ictimaiyyətin diqqətini cəlb edən şəxslərin terror aktında əli olub-olmaması yoxlanılır. İstintaq hərtərəfli və obyektiv araşdırma aparacaq ki, bu terror aktlarının iştirakçılarının heç biri cinayət məsuliyyətindən yayınmasın”, – deyə məlumatda bildirilir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.