Dağıstanın sabiq idman nazirinə qarşı terror ittihamı irəli sürülüb

Dağıstanın sabiq idman naziri Maqomed Maqomedova qarşı terrorizmi təşviq etmək ittihamı irəli sürülüb.

Azpost.info bildirir ki, bu barədə TASS məlumat yayıb.

Rusiya İstintaq Komitəsi Qızılyurtun keçmiş meri və Dağıstanın idman nazirini terror təşviqi və qətldə ittiham edib. Məhkəmə eks-məmurun həbs müddətinin uzadılması məsələsinə baxılıb.

Keçmiş məmurların həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəmə iclası bağlı qapılar arxasında keçirilib. Vəkillər məhkəmədən sonra mətbuata danışmaqdan imtina ediblər. Hər iki təqsirləndirilən şəxsin həbs müddəti 2024-cü il oktyabrın 3-dək uzadılıb.

Müttəhimlər 2023-cü ilin oktyabrında xüsusi təyinatlılar tərəfindən saxlanılıb. Keçmiş məmurların işi ilə bağlı Mahaçqala və Qızılyurtda silsilə axtarışlar aparılıb. Bundan sonra hər ikisi helikopterlə Moskvaya aparılıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.