Dağlıq Qarabağ separatçıları ilə bağlı suvenir avro dövriyyəyə buraxılmayacaq

- Qarşısı alınıb
07 Noyabr 2019 - 15:43

Almaniyada Dağlıq Qarabağla bağlı növbəti təxribatın qarşısı alınıb.

“Report” xəbər verir ki, Azərbaycanın bu ölkədəki səfirliyi “EuroSchein Souvenir GmbH” şirkəti tərəfindən üzərində “Republic of Artsakh” yazısı olan 0 avro suvenirinin dövriyyəyə buraxılmasının qarşısını alıb.

Səfirliyin müdaxiləsindən sonra şirkətin rəhbərliyi Azərbaycandan üzr istəyib, suvenirin dövriyyəyə buraxılmayacağını bildirib və bu barədə məlumatı internet saytından silib.