Daha 3 qadın məşhur kinorejissoru cinsi təcavüzdə ittiham edib

İspaniyada daha üç qadın məşhur kino rejissor Karlos Vermutu cinsi təcavüzdə ittiham edib.

Azpost.info bildirir ki, “Pais” qəzetinin məlumatına görə, zərərçəkənlər onun tərəfindən qəddar cinsi rəftara məruz qaldıqlarını iddia edirlər.

Hadisələr 2012-ci ildən 2024-cü ilin yanvar ayının əvvəlinə, qadınların Vermutla münasibətdə olduğu vaxtlarda baş verib. Sənətçinin qurbanları aktrisa, rəssam və mədəniyyət sahəsi üzrə menecer olub.

“Daha üç qadın ispan rejissor Karlos Vermut tərəfindən cinsi təcavüzə məruz qaldıqlarını iddia edir. …Rejissor onlarla zorakı cinsi əlaqədə olub”, – nəşr yazır.

Qadınlar onlara heç kimin inanmayacağını düşündükləri üçün daha əvvəl polisə müraciət etmədiklərini söyləyiblər.

Rejissor bundan əvvəl onun layihələrindən birində əməkdaşlıq etmiş mədəniyyət işçsi və bir tələbə də rejissoru cinsi təcavüzdə ittiham edib.  Onların sözlərinə görə, Vermut onlarla razılıq vermədiyi şiddətli cinsi əlaqəyə girib.

İspan kinorejissoru, ssenaristi, prodüseri və animatoru Karlos Vermut “Sehrli qız” (2014) bədii filmindən sonra böyük populyarlıq qazanıb.

Azpost.info

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.