Daha 36 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib- Operativ Qərargah

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 823 761 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 612 nəfər müalicə olunaraq sağalıb, 9 965 nəfər vəfat edib, aktiv xəstə sayı 184 nəfərdir.

Ölkədə son sutka ərzində 2 448, hazırkı dövrədək isə 7 347 597 test aparılıb.

Əvvəlki məqalə

DİN Müsavatın İran səfirliyi qarşısında aksiyası barədə məlumat yayıb

Sonrakı məqalə

Azərbaycanda daha 36 nəfər COVID-19-a yoluxub