Daha bir ölkədə eynicinslilərin nikahı rəsmən qeydə alınıb- FOTO

Nepalda ilk eynicinsli nikahı rəsmən qeydə alınıb. LGBT fəalları bunu öz hüquqları uğrunda mübarizədə böyük qələbə kimi qiymətləndiriblər.

Azpost.info xəbər verir ki, evlilik cinsiyyəti kişi olaraq qeyd olunan transseksual qadın 36 yaşlı Maya Qurunq ilə 26 yaşlı kişi Surendra Pandey arasında olub.

Onların nikahı rəsmi qeydiyyata alınıb. Maya sənədlərdə cinsiyyət işarəsini dəyişmədiyindən, hüquqi baxımdan onların evliliyi eynicinsli sayılır.

“İkimiz də çox xoşbəxtik”, – Surendra Pandey bildirib.

“Hüquqlar uğrunda mübarizə asan məsələ deyil. Biz bunu etdik. Bu, gələcək nəsillər üçün daha asan olacaq”, – Maya Qurunq deyib.

Cütlük təxminən doqquz il əvvəl tanış olub. “Biz bir restoranda tanış olduq və dərhal bir-birimizi bəyəndik. Bir neçə həftə görüşdükdən sonra biz birlikdə yaşamaöa başladıq. Ancaq ailələrimiz və cəmiyyətimiz bizi qəbul etmədi. Sonra Katmanduya köçdük. Və beş il əvvəl kilsədə evlənsək də, nikahımız qanuni olaraq tanınmadı”, – Maya qeyd edib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.