Dahi kinorejissor Vudi Allen karyerasına son qoyur –"Çəkiliş üçün pul axtarmaqdan yoruldum"

Məşhur amerikalı kinorejissor, dördqat Oskar mükafatı laureatı Vudi Allen kino karyerasına son qoymaq istədiyini açıqlayıb. 

Azpost.info bildirir ki, Allen jurnalistlərlə söhbətində bu qərarla bağlı çox sadə səbəbin olduğunu deyib. Bir çox pyes və hekayələrin müəllifi, dahi rejissor və ədəbiyyat bilicisi çəkilişlər üçün maliyyə mənbələri axtarmaqdan yorulduğunu etiraf edib.

Vudi Allen deyib ki, onun son filmi “Böyük İroniya” həqiqətən də onun sonuncusu olacaq.

Rejissor həmişə yalnız özünə güvəndiyi üçün heç vaxt özünü Hollivudun bir hissəsi hesab etmədiyini bildirib.

“Mən həmişə filmlərim üçün özüm vəsait toplamışam, lakin son vaxtlar bunu etmək daha çətinləşib” deyə Allen şikayətlənib.

Sentyabrın əvvəlində bütün dünyada premyerası olan “Böyük ironiya” tragikomediya trilleri fransız dilində lentə alınıb.

Azpost.info

Əvvəlki məqalə

Hindistan Kanadadan 40 diplomatı ölkədən çıxarmağı tələb edib

Sonrakı məqalə

Ünvanlı sosial yardımın məbləği artıb