Daxili Qoşunların əsgəri xəstəlikdən vəfat edib

Daxili Qoşunların hərbi qulluqçusu Qurbanov Sərxan Nəriman oğlu xəstəlikdən vəfat edib.

DQ-nin Hacıqabulda yerləşən hərbi hissəsində xidmət edən əsgər, Xaçmaz rayonunun Qıraqlı kənd sakini, 2006-cı il təvəllüdlü əsgər avqustun 14-də dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumatı təsdiqləyiblər.

DİN hərbi qulluqçunun ailəsinə və yaxınlarına başsağlığı verib.

Əvvəlki məqalə

Polşalı qapıçı “Qarabağ”da

Sonrakı məqalə

Sabah hava necə olacaq?