Demet Akalın Pərviz Abdullayevlə bağlı paylaşım etdi:"İntiqamın alındı, bizi bağışla!"

Türkiyəli müğənni Demet Akalın TV8-də yayımlanan “Survivor” yarışmasına qatılan kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayevlə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, sənətçi ötən gecə oyundan çıxan Ezgi Hocaoğlunun buna layiq olduğunu vurğulayıb.

Akalın paylaşımında “Pərviz, intiqamın alındı, bizi bağışla” sözlərini yazaraq, idmançıdan üzr istəyib.

Qeyd edək ki, səsvermə zamanı Pərviz 6-cı yerdə qərarlaşmış və yarışmadan uzaqlaşmışdı. Həmin gün ən çox səsi Aycan Yanaç və Ezgi Hocaoğlu yığmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ucuz neft Azərbaycana necə təsir edir? –

Sonrakı məqalə

İran koronavirusa görə 1000 xarici məhbusu azadlığa buraxıb