Deputat Hacı Madərin ölüm səbəbi məlum olub

Milli Məclisin deputatı Hacı Madər Musayevin ölüm səbəbi məlum olub. 

Azpost.info bildirir ki, bu barədə haqqın.az-ın deputatın vəfatı ilə bağlı yazısında qeyd olunub.

Deputat xəstə yatan dostunu ziyarət etmək üçün xəstəxanaya gedib. Xəstəxananın pilləkənanıdan enərkən ayağı ilişib və yerə yıxılıb. Yıxılan zaman ayağını sındırıb. Bundan sonra deputat təcili reanimasiyaya yerləşdirlib.

Madər Musayev 2 həftə reanimasiyada müalicə olunsa da ötən həftə düşdüyü komadan ayılmayıb. Bu gün o 75 yaşında vəfat edib.

Azpost.info

 

 

 

Əvvəlki məqalə

“Xankəndi Bakı ilə danışıqlara başlamalıdır…”-

Sonrakı məqalə

Putin BRİKS sammitində iştirak edəcəkmi?