Deputatlığa namizədliyini geri götürənlərin sayı 312 nəfərə çatdı

Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.

Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata görə, deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 312 nəfəri deputatlığa namizədliyini geri götürüb.

Başqa sözlə, yanvarın 30-da Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar deputatlığa namizədlərdən daha 10 nəfər namizədliyini geri götürüb.

Hazırda deputatlığa namizədlərin sayı 1325 nəfərdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

AQTA xaricdən quş əti gətirən sahibkarlara müraciət etdi –

Sonrakı məqalə

Azərbaycan və Türkiyə vətəndaşlarının Çindən təxliyəsi başlanır