“Deyirsən, gəl, xarici dil öyrən, cavab verir ki, Azərbaycan dili müqəddəsdir”- Nazir

Cəmiyyətdə xarici dilə baxış ondan ibarətdir ki, deyirsən, gəl, xarici dil öyrən, cavab verir ki, Azərbaycan dili müqəddəsdir.

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə çıxışı zamanı deyib.

“Yuxarı meyar qoymasaq, necə yaxşı universitet qura bilərik? İngilis dili artıq beynəlxalq ünsiyyət alətidir. Tələbə görürsə ki, ingilis dilində fakültəyə qəbul olubsa, lakin tədris yetəri qədər ingilis dilində aparılmırsa, tələbə buna görə universiteti məhkəməyə verə bilər, mən də arxasında duraram”,- deyə nazir bildirib.

Əvvəlki məqalə

Ceyhun Bayramov Türkiyəyə gedib

Sonrakı məqalə

Xırdalan və Bakı aeroportunda metro stansiyalarının tikintisi planlaşdırılıb?